• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1830
— 12.08.2021 20:30

Prezident fərmanlar imzalayıb

KepezTV Player

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında fərman imzalayıb. Fərmana əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha səmərəli təşkili məqsədilə reyestrə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə sökülməsi və ya qalması müəyyən ediləcək. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında imzaladığı digər fərmanla Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılıb.