• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1854
— 11.08.2021 03:43

Övladının üzünü görməmiş şəhid oldu

KepezTV Player

Növbəti materialımızın qəhrəmanı, şəhid Elşən Quliyevdir. Torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə canından keçən mərd vətən oğlunu gəlin yaxından tanıyaq.

Elşən Quluyev 1992-ci il dekabrın 21-də Daşkəsəndə, anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu kimi Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Qəhrəmanımız sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Şəhidlik elə zirvədir ki, ora yetmək hər insana qismət olmaz. Yalnız layiq olanlar, ən yaxşılar çatır o uca məqama. Şəhidimizin 2 balası Azərbaycan xalqına əmanət qaldı. Qızı, Elşən dünyasını dəyişəndən sonra dünyaya gəlib.

Şəhidimiz döyüşlərdə yaralansada geri çəkilmir və yaralı halda savaşı davam etdirir. Sentyabrın 28-də isə düşmənin açdığı snayper gülləsi ilə həyatını itirir.

Elşən Quliyevin döyüşlərdə göstərdiyi qəhrəmanlıq, mükafatsız qalmayıb. Qəhrəmanımızın döyüş yolu "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə qiymətləndirilib.&nbsp;<br>Nərgiz Əhmədqızı