• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1802
— 11.08.2021 12:23

DİM imtahan keçirir

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən Gəncədə ümumi 9 illik orta təhsil səviyyəsi üzrə imtahan keçirilir. Saat 10-da başlayan imtahana 22 nəzarətçi müəllim, 3 imtahan rəhbəri cəlb olunub. Ümumilikdə imtahanda 200-dən artıq şagird və əvvəlki ilin məzunları iştirak edib. Şagirdlər binaya daxil olarkən onların hərarəti yoxlanılıb, əlləri dezinfeksiya olunub. İmtahanda heç bir neqativ hal baş verməyib və cavablar yaxın günlərdə açıqlanacaq. İmtahanlar Gəncə ilə yanaşı, 14 şəhər və rayonda təşkil olunub. Prosesdə 11 min 552 abituriyentin imtahan verməsi nəzərdə tutulub.