• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1651
— 02.08.2021 20:48

Azərbaycan kinosu 123 yaşında

KepezTV Player

2 avqust Azərbaycan Kinosu Günüdür. 123 illiyini qeyd edən Azərbaycan kinosu keşməkeşli və şərəfli ömür yolu keçib. 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma tarixi sayılır. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə həsr edilən süjet xətti zəngin və unudulmaz filmlər çəkilib.