KepezTV Player
Gəncədə iki şəhidin adını daşıyan bulağın açılışı olub. Şəhid Abdulla Paşayev və onun qohumu Sahib Həsənovun xatirəsini əbədiləşdirmək məqsədilə tikilən bulağın açılış məraisimində onların ailə üzvləri, yaxın qohumları, eləcə də Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Gəncə şəhər Kəpəz rayon şöbəsinin əməkdaşları iştirak ediblər. Şəhidlərin döyüş meydanında göstərdiyi şücaətdən danışılıb, gənc olmalarına baxmayaraq torpaqların azadlığı uğrunda qəhrəmancasına vuruşduqları dilə gətirilib. Tədbir şəhid Abdulla Paşayevin 23-cü doğum gününə təsadüf edib. Şəhidin valideyninə ölkə başçısının sərəncamı ilə təltif edildiyi “Füzulinin azad olunmasına görə” medalı təqdim edilib.
- Baxış: 677