KepezTV Player
Bu gün Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, eyni zamanda mayor Anar Novruzov, mayor Namiq Əhmədov və gizir Yaşar Babayevin Tovuz döyüşlərində şəhid olduğu gündür. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Polad Həşimov və İlqar Mirzəyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. **Paytaxtda İkinci Fəxri Xiyabanda Azərbaycanın ilk şəhid generalı Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ildönümü münasibətilə anım mərasimi keçirilib.
- Baxış: 387