• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1624
— 13.07.2021 12:02

Ağır yaralanan daha 8 qazimiz Türkiyəyə göndərilib

KepezTV Player

Ağır yaralanan daha 8 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Qardaş ölkədən Azərbaycana gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimiz Hüseynov Tural Araz oğlu, Bağırov Yaşar Yavər oğlu, Məmmədov Məhəmməd Asif oğlu, Məmmədzadə Adəm Gülhəsən oğlu, Nağıyev Şıxseyid Vahid oğlu, Novruzov Rəşad Lətif oğlu, Məhərrəmov Əkbər Səyyaf oğlu və Qurbani Ruslan Qulam oğlunun müvafiq müayinə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdiriləcək. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən bu günə qədər 120 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 50-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.