• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1567
— 06.07.2021 12:00

Prezident İlham Əliyev Nazarbayevi təbrik edib

KepezTV Player

"Azərbaycan ilə Qazaxıstanı xalqlarımızın ortaq tarixi və mənəvi dəyərlərindən qaynaqlanan dostluq və qardaşlıq telləri birləşdirir. Mən xalqlarımız və ölkələrimiz arasında bu əlaqələrin möhkəmləndirilməsi istiqamətində xidmətlərinizi yüksək qiymətləndirirəm". Prezident İlham Əliyev ad günü münasibətilə Qazaxıstanın Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevə təbrikində belə deyib. Nazarbayevin Türk Şurasının fəxri sədri kimi fəaliyyətini, türkdilli xalqlar arasında birliyin bərqərar olması naminə töhfəsini xüsusi qeyd edib.