• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1453
— 05.07.2021 12:02

Füzuli rayonunun Pirəhmədli və Laçın rayonunun Minkənd kəndindən videogörüntülər

KepezTV Player

Müdafiə Nazirliyi Füzuli rayonunun Pirəhmədli kəndindən videogörüntülər paylaşıb. Kənd öz adını məşhur türkman əmiri Pir Əhməddən alıb. Yaşayış məntəqəsi Səfəvilər dönəmində Qarabağ əyalətinin Dizaq nahiyəsinə aid olub. Qarabağ xanlığına bağlı Xırdapara-Dizaq mahalının başkəndi bir müddət Pirəhmədli şenliyi оlub. Pirəhmədli kəndi XIX yüzilin ikinci yarısında Böyük Pirəhmədli və Yal Pirəhmədli kəndlərinə bölünüb. Yaşayış məntəqəsi 17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Bu kadrlar isə Laçın rayonunun Minkənd kəndindəndir. Qarabağ yaylasında yerləşən yaşayış məntəqəmiz öz adında qədim türkdilli minqımın tayfasının adını eks etdirir. Minkənd kəndi əvvəllər əsasən xərək, qara dam, dam, şirvanı dam adlanan xüsusi tikililərdən ibarət olub. Zaman ötdükcə yerli tikinti materiallardan daş evlər tikilib. Lakin çox təəssüf ki, işğalçı düşmənin vəhşilikləri nəticəsində o evlərdən əsər-əlamət qalmayıb.