• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1333
— 03.07.2021 11:54

Bu ilin sonunda Şuşaya istilik və isti su veriləcək

KepezTV Player

Şuşa şəhərində yeni isitmə və isti su qazanxanaları tikiləcək. Bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun iclasında məlumat verilib. Artıq növbəti istilik mövsümündə Şuşa şəhəri istilik və isti su ilə təmin ediləcək. İclasda həmçinin Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının tikintisi ilə bağlı, həmçinin Qız qalası hidroqovşağının su ilə doldurulması üzrə görülən işlərə dair məlumat verilib. İşğaldan azad edilmiş ərazilərdə enerji təminatı ilə bağlı həyata keçirilən tədbirlərlə əlaqədar yerli, habelə Birləşmiş Krallıq və İsrail şirkətlərindən daxil olmuş təkliflər, avtomobil yolunun keçdiyi hissələrdə kommunikasiya xətlərinin tikintisi ilə bağlı əlaqələndirmə işlərinin təşkili və s. kimi məsələlər müzakirə edilib.