• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1203
— 02.07.2021 12:09

Təlim-döyüş tapşırıqları uğurla icra edilir

KepezTV Player

Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimlərində növbəti təlim-döyüş tapşırıqları icra edilib. Təlimlər zamanı 1-ci eşelon bölmələrin həmlə həddinə çıxması, şərti düşmənin mina sahələrində keçidlərin açılması və həmin sahələrdən keçməsi, şəxsi heyətin texnikalardan piyadalanması və həmləyə keçməsi fəaliyyəti də icra olunub.