• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1403
— 02.07.2021 12:19

Polis Günündə Prezident DİN əməkdaşlarını təltif edib

KepezTV Player

Bu gün Azərbaycan Polisinin yaranmasından 103 il ötür. Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində böyük vətənpərvərliklə mühüm rol oynayıb. Xalqımızın ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup zabitinə polis general-mayoru ali xüsusi rütbəsi verilməsi haqqında sərəncam imzalayıb. Digər sərəncamla nazirliyin bir əməkdaşı 2-ci dərəcəli “Vətənə xidmətə görə" ordeni ilə, bir neçə əməkdaşı isə “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə Daxili Qoşunların həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Prezident əlavəsinin müəyyən edilməsi haqqında da sərəncam verib.