• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1425
— 01.07.2021 12:27

İndoneziya səfiri ilə müzakirələr aparılıb

KepezTV Player

İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamid Gəncəyə səfər edib. Şəhər rəhbərliyi ilə görüşdə diplomata qədim tarixə malik olan Gəncə, buradakı infrastruktur, sənayə müəssisələri haqqında ətraflı məlumat verilib. İri mədəniyyət ocaqlarının fəaliyyəti barədə danışılıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 44 günlük Vətən müharibəsi zamanı İndoneziyanın Azərbaycana göstərdiyi mənəvi dəstəyə görə minnətdarlıq edib. Səfir Hildi Hamid Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsi üçün çalışacağını vurğulayıb. Diplomat iki ölkə arasında tarixi və mənəvi dəyərlərin olduğunu, İndoneziyada Azərbaycan ədəbiyyatının çox sevildiyini, Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında çəkilən filmin böyük maraq doğurduğunu qeyd edib. Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub. Səfir gün ərzində şəhərin bir sıra mədəniyyət və sənaye müəssilərində olacaq, Gəncədəki iş adamları ilə görüşəcək

Hildi Hamid - İndoneziyanın Azərbaycandakı səfiri: Gəncəyə səfərimizin məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda, turizm, təhsil sahələrində tərəfdaşlığı genişləndirmək niyyətindəyik. Bu baxımdan Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi bizim üçün önəmlidir. Şəhərdə keçirəcəyimiz bir sıra görüşlərdə iş adamlarına İndoneziyanın potensialını təqdim edəcəyik, İndoneziyada olan obyektlər, sərmayə imkanları barədə məlumat verəcəyik.