• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1041
— 25.06.2021 15:58

Qazilər yay məktəbinin iştirakçısı olub

KepezTV Player

Təhsil Nazirliyinin tapşırığı ilə ölkə ərazisində təşkil olunan yay məktəbi proqramı Şəmkir rayonunda tam fərqli, bir qədər də əyləncəli təşkil olunub. Vətən müharibəsi iştirakçılarının da  qatıldığı yay məktəbində şagirdlərə yeni anlayış olan yay məktəbinin əhəmiyyətindən danışılıb. Tədris prossesi tək siniflərdə yox, açıq havada müxtəlif əyləncəli oyunlar şəklində, idman yarışları formasında təşkil edilib. Məqsəd tədrisə marağı artırmaqla onların vaxtlarını daha səmərəli təşkil etməkdir. Şəmkirdə yay məktbində 4834 şagirdin iştirak etməsi yay məktəbinə marağın böyük olduğunun göstəricisidir. Şagirdlərə Vətən müharibəsinin başlama səbəbləri, qazanılan tarixi qələbə və hərbiçilərimizin qəhramanlığı da aşılanıb.