KepezTV Player
Arıçı-fermerlərə mina təhlükəsi ilə bağlı təlim keçirilib. Minatəmizləmə Agentliyi tərəfindən Göygöl Regional Mərkəzində Kəlbəcər rayonuna səfər edəcək 66 fermerə “Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” üzrə təlim təşkil olunub. İcra edilən təlimdə mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumatlar verilib. Eyni zamanda arıçı-fermerlərə vizual olaraq tanınması üçün müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarından ibarət sərgi təşkil edilib. Təlim Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında reallaşıb.
- Baxış: 401