KepezTV Player
Silahlı Qüvvələrin yaranmasının 103-cü ildönümü münasibətilə azad edilmiş ərazilərdə yerləşən bölmələrdə silsilə tədbirlərdən növbətisi Kəlbəcərdə təşkil olunub.Hərbi qulluqçuların istək və arzuları ilə bağlı videoçəkiliş edilib, süjetlər hərbçilərin ailələrinə göndərilib.İstedadlı əsgərlər arasında yarışlar keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub.Görüşlər zamanı “Əsgərə məktub” layihəsi çərçivəsində yazılmış məktublar hərbi qulluqçulara çatdırılıb. Vətən müharibəsi mövzusunda sənədli film nümayiş etdirilib, eləcə də musiqi nömrələri təqdim olunub.
- Baxış: 465