Ağır yaralanan daha 6 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Fondun təşəbbüsü ilə Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdiriləcək. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Bu günə qədər 100 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 37-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də YAŞAT tərəfindən təmin edilib.
- Baxış: 486