KepezTV Player
Gəncə şəhər Mehti Mehtizadə adına 4 nömrəli tam orta məktəbdə şəhid Hüseyn Quliyevin xatirəsinə həsr olunan guşə yaradılıb. Şəhidin ailə üzvlərinin təşəbbüsü ilə yaradılan guşənin təqdimatı mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin, Şəhər Təhsil İdarəsinin rəhbərliyi, rəsmi şəxslər, orta məktəbin kolektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Guşənin önünə tər çiçəklər düzülüb. Təhsil ocağının dəhlizində yaradılan xatirə guşəsində şəhidlə bağlı məlumatlar qeyd olunub. Burada onun təltif və medalları, kitab və digər şəxsi əşyaları yerləşdirilib.Xatirə guşəsinin təqdimatından sonra şəhidin təhsil aldığı sinif otağı da ziyarət olunub.
- Baxış: 556