KepezTV Player
Qida Təhlükəsiziliyi Agentliyinin Gəncə regional bölməsinin, şəhər icra hakimiyyətinin nümayəndələri və Baş Polis İdarəsi əməkdaşları Gəncədə ət satışı məntəqələrində reyd keçiriblər. Zibil qutularının yanında, eləcə də antisanitar şəraitdə, müvafiq sənəd olmadan ət satışı aparıldığı aşkarlanıb. Reyd əsasən şəhərin Müseyib Bağırov küçəsində ət satışı məntəqələrində aparılıb. Bir tərəfdə yığılıb qalaqlan tullantılar, digər yanda tüğyan edən milçəklər, hələ bu azmış kimi vətəndaşlara köhnə ətlərin satıldığı məlum olub.
- Baxış: 506