KepezTV Player
Naxçıvan Qarnizonu Qoşunlarında təlim davam edir. Qəbul edilən qərara uyğun olaraq əməliyyat istiqamətində əldə edilmiş müvəffəqiyyətin inkişaf etdirilməsi üçün taktiki qrupların bir istiqamətdən digərinə yerdəyişməsi praktiki fəaliyyətlərlə məşq etdirilib. Çətin dağ şəraitində bölmələrin şəxsi heyətinin döyüş və avtomobil texnikası ilə daşınmasının gizliliyi digər qoşun növü bölmələrinin fəaliyyəti ilə təmin edilib. Döyüş və digər texnikanın dağlıq ərazidə istismarı üzrə şəxsi heyətin praktiki vərdişləri təkmilləşdirilib.Komanda-qərargah təlimi plana əsasən mayın 20-dək davam edəcək.
- Baxış: 442