• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 706
— 08.05.2021 20:34

Şagirdlər məntiq olimpiadasında biliklərini sınayıb

KepezTV Player

Gəncədə Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası təşkil olunub. Olimpiadada Nizami yurdunun ümumtəhsil məktəblərində təhsil alan şagirdlər iştirak edib.

Gəncə şəhər Təhsil idarəsi tərəfindən mərkəz seçilən 3 - 1, 4 və 39 nömrəli tam orta məktəbdə keçirilən məntiq olimpiadasında 5-ci sinif şagirdləri bilik və bacarıqlarını ortaya qoyublar. Məktəblilərə sualları cavablandırmaq üçün 2 saat vaxt verilib. İki mərhələdən ibarət olan olimpiadanın 1-ci mərhələsində məntiq üzrə 30 test təqdim edilib.

Olimpiadada inkluziv təhsil alan Mədət Abdullayev də iştirak edib. 25 nömrəli tam orta məktəbin şagirdinin biliyini sınamaq istəyinə təhsil idarəsi biganə qalmayıb.

Məntiq olimpiadasına 700-ə yaxın məktəbli qatılıb. Olimpiadada şəhərin müxtəlif məktəblərdən olan  şagirdlər biliklərini sınayıblar.

Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər olimpiadanın finalında iştirak etmək hüququ qazanacaqlar. Final mərhələsinin may ayının sonunda keçirilməsi planlaşdırılır. Həlledici turun nəticələrinə əsasən, olimpiada qalibləri mükafatlandırılacaq.