KepezTV Player
Müdafiə Nazirliyi Zəngilan rayonunun İçəri Müşlan kəndindən görüntülər paylaşıb. İçəri Muşlan kəndi Oxcu çayının sahilində, dağətəyi ərazidədir. Keçmış adı Muşlan olub. Yaşayış məntəqəsini Türkiyənin Muş əyalətindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılıb. Bu kənddən çıxmış ailələr Oxcu çayının sağ sahilində Qıraq Muşlan kəndini saldıqdan sonra buraya İçəri Muşlan deyilib. 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən yaşayış məntəqəsi 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
- Baxış: 351