• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1761
— 23.03.2021 21:17

MN Zəngilan rayonunun Baharlı Cəbrayıl rayonunun Qumlaq kəndindən videogörüntülər yayımlayıb

KepezTV Player

MN Zəngilan rayonunun Baharlı kəndindən kadrlar paylaşıb. Yaşayış məntəqəsi dünyada ikinci, Avropada birinci çinar meşələrinin boy verdiyi Bəsitçayın Araza qovuşacağındadır. Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalına qədər kəndin orta məktəbi, ikimərtəbəli universamı, kitabxanası, tibb məntəqəsi, klubu və s. olub. 1993-ci ildə işğal edilən kənd 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.

Cəbrayıl rayonunun Qumlaq kəndindən də videogörüntülər yayımlanıb. Kənd 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən işğaldan azad edilib. Ötən ilin 30 oktyabrında "Qumlaq" sərhəd-keçid məntəqəsi üzərində Azərbaycanın dövlət bayrağı ucaldılıb və bu sərhəd-keçid məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb.