KepezTV Player
Baş nazir Əli Əsədov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Prezident sərəncamı ilə verilmiş tapşırıqların və uyğun olaraq qarşıda duran məsələlərin icrasının təmin edilməsi haqqında Nazirlər Kabinetinin Sərəncamını imzalayıb.Sənədə əsasən, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 5 prioritet istiqamət üzrə fəaliyyət göstərəcək 10 alt işçi qrupu yaradılıb və onlara müvafiq tapşırıqlar verilib. İşçi qruplardan biri azad olunmuş ərazilərə böyük qayıdışa dair dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya üzrədir.
- Baxış: 279