• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1844
— 17.02.2021 12:16

50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb

KepezTV Player

Bu gündən yaşı 50 və daha yuxarı olan şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyasına başlanılıb. Sözügedən şəxslər randevu.its.gov.az saytına daxil olaraq onlayn qaydada növbə götürməlidirlər. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə birinci dozanın vurulacağı tarix, saat və məkan barədə məlumat göndərilir. 28 gün sonra isə ikinci doza vurulur.