KepezTV Player
Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində Ağdam rayonunun yaşayış məntəqələrinə dəymiş ziyan müəyyənləşib. Rayon İcra hakimiyyətindən verilən məlumata görə, ermənilərin dinc yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 1425 yaşayış evinə ziyan dəyib. Həmin evlərdən 29-u tamamilə dağılıb, 1396 evə isə qismən ziyan dəyib. Bununla yanaşı, rayon ərazisində 39 qeyri-yaşayış obyektinə ziyan dəyib ki, onlardan 3-ü tam dağılıb. Hadisə nəticəsində 59 sahibkarlıq subyekti ziyan çəkib ki, onlardan 2-si tam dağılıb, 24 sosial obyekt, 1 inzibati bina zərər çəkib. Rayon ərazisində vətəndaşlara məxsus 28 nəqliyyat vasitəsinə ziyan dəyib, 6734 heyvan tələf olub.
- Baxış: 268