KepezTV Player
Türkiyə və Azərbaycan hərbçilərinin “Qış-2021” hərbi təlimləri davam edir. Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, təlimlər çərçivəsində hərbçilər hava və məsafədən atlanmalar yerinə yetiriblər. "Qış-2021" təlimləri Türkiyənin Qars əyalətində fevralın 1-dən 12-dək keçirilir. Təlimlərin məqsədi birgə əməliyyatların keçirilməsi vaxtı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silahlandırılmanı və nəqliyyat vasitələrini sınaqdan keçirməkdir. Təlimlərdən videokadrlar Türkiyə Milli Müdafiə Nazirliyinin tvitterdəki səhifəsində yerləşdirilib.
- Baxış: 173