• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 842
— 22.12.2020 20:35

Döyüşlərə əzmlə gedən əsgər

KepezTV Player

İkinci Qarabağ Müharibəsində Şəmkirdən şəhidlik zirvəsinə ucalanlar sırasnda Pərvin Məmmədov da var. Cəbhəyə qələbə əzmilə yollanan əsgər bir çox uğurlu döyüşlərin iştirakçısı olub. Qəhrəmanlığı “Vətən uğrunda” medalı ilə mükafatlandırılıb.  

22 yaşlı Pərvin Məmmədov Şəmkirin Zəyəm qəsəbəsində böyüyüb boya-başa çatıb. Vətən müharibəsinədək 2016-cı ilin aprel döyüşlərində Couq Mərcanlı uğrunda gedən döyüşlərin fəal iştirakçısı olub.

Düşmənə qarşı nifrət hissi keçirirəm. Durduğum öz döyüş mövqeyimdə düşmən hər hansı bir atəşkəsəi pozarsa onu susdurmağa daim hazıram. Buradan atama anama əzizlərimə salam söyləyirəm. Heç də narahat olmasınlar. Hər şey yaxşıdır. İnşallah tezliklə evə qayıdacağıq.

Pərvin Məmmədov Vətən müharibəsinə də düşməndən intiqam almaq hissi ilə qatılıb. Silaha sarılaraq ön xəttdə düşmənə qan uddurublar.  

Validə Məmmədova şəhidin anası: Uça-uça getdi mənim balam. Elə bil toya gedirdi. Elə həvəslə getdi. Hamımızada dedi darvazadan çölə çıxmayın. Yaxşı olacaq torpaqlarımızı alacağıq. Çox çətin döyüşlərdə olublar. Elə bir vəziyyətdə vuruşublar. Ancaq balam qələbəyə qalanmadı. Balamın üçü günü qələbə çalındı. Yenə vətən sağ olsun.

Şəhid əsgər vətən müharibəsində cəbhənin müxtəlif istiqamətlərində sərrast atıcı kimi iştirak edib. Füzulinin Veysəlli kəndi iuğrudna gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra ölkə prezidentinin sərəncamı ilə” Vətən uğrunda” medalı ilə təltif olunub.

Natiq Məmmədov şəhidin atası: Deyirdi ata biz torpaqlar uğrunda döyüşürük. Biz gec-tez torpalqarımızı alacağıq. Torpaqlar bizimdir. Heç vaxt fikir etmə. Başını uca tut sağ-salamatçılıqdır. Torpaqlarımızı alıb qayıdıb gələcəyik.

Pərvin Məmmədov idmanla məşğul olub. Qaydasız döyüş üzrə respublika yarışlarında müxtəlif əyyarlı medallar qazanıb. Cəbhədə gedən döyüşlər barədə isə yalnız özündən kiçik qardaşına danışıb.  

Rəhman Məmmədov şəhidin qardaşı: Həmişə mənimlə danışanda deyirdi Rəhman başını dik tut. Heçnədən narahat olma. Ola bilər biz burada şəhid olarıq. Allahın yazdığı bir yazıdır. Bizim şəhid olmağımız baxmayaraq dövlətimiz sağ olsun vətən sağ olsun. Bircə kəlmə sözü varıydı vətən sağ olsun. Ya Qarabağ ya ölüm.

İndi Pərvini tanıyan hər bir kəs onu xoş xatirələrlə yada salır. Məmmədovların yeganə təsəllisi isə Pərvin kimi mərd oğulların uğrunda döyüşdükləri torpaqların azad olunmasıdır.

Natiq Hüseyn