• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2262
— 12.12.2020 19:50

Hadrutda qələbə sevinicini yaşayan qazi

KepezTV Player

İkinci Qarabağ Müharibəsində qazanılan qələbədə pay sahibi olanlardan biri də qazi İlkin Məmmədzadədəir. 23 yaşlı gənc xüsusi təyinatlı dəstənin giziri kimi bir çox uğulru əməliyyatların iştirakçısı olub. Növbəti videomaterilamızda qazimizin keçməkeşli döyüş yoluna nəzər yetirəcəyik.

Şəmkir rayonunun Keçili kəndində böyüyüb-boya başa çatan İlkin Məmmədzadə Bakı Dövlət Universitetini bitidirdikdən sonra əvvəlcə əsgər, daha sonra isə müddətdən artıq hərbi qulluqçu kimi silaha sarılıb. Xüsusi təyinatlı dəstənin üzvü kimi İkinci Qarabağ savaşında bir sıra uğurlu əməliyyatlarda iştirak edib. Qəhrəmanlığı ilə torpalqrımızın azad olunmasında fəallıq göstərib.  

İlkin Məmmədzadə - qazi Düşmənin bəzi texnikalarını ələ keçirdik. Biz maşın kalonu ilə hərəkət edirdik. Birinci BMP idi. BMP-nin üzərində mən və döyüşçü yoldaşlarım gedirdi. Elə oldu düşmən bizi vurdu. Bir şəhidimiz oldu. Yaralndıq özümüzə ilk tibbi yardım göstərdik. Sonra döyüşçü yoldaşlarım gəlib bizi oradan çıxradılar.Ailənin yeganə oğlan övladı olan qazi Murovdağdan başlyan döyüş yolu Hadruta qədər uzanıb. Ailəsinin İlkindən narahatlığı başa düşülən olsa da qələbə xəbərlərini də səbirsizliklə gözləyiblər.

Aidə Hüseynova qazinin anası Deyəndə nə isə alındı sevinirdik. Həm də narahat olurduq. Nə edir, necə edir. Nə bilim bilmirəm. O hissləri demək çox çətindir.

İlkinin atası Azər də müharibə iştirakçısı olub. İndi ailə başçısı oğlu və döyüşçü yoldaşlarının qələbə qazanmalarına sevinir.

Azər Məmmədov qazinin atası Mən özüm də 199-1993-cü illərdə Birinci Qarabağ döyüşündə iştirak etmişəm. Mənim üçün fəxrdir. Yəni o vaxt bu torpaqları ala bilmədik. Bu günkü günə şükür. Öz uşaqlarımız gedtilər bu torpağı aldılar.

İndi qazimizin bir istək və arzusu var. 4 il təhsil aldığı Ekologiya və Torpaqşünaslıq ixtisası üzrə çalışmaq. Qazimiz deyir ki, müalicəsi tam başa çatdıqdan sonra işlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edəcək.

 

Natiq Hüseyn