• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1886
— 18.11.2020 18:58

İşğaldan azad edilən ərazilərdə xristian abidələri bərpa olunacaq

KepezTV Player

Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” adlı layihənin icrasına başlayıb. Layihədə Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar təqdim olunur. Multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri əsrlərdir dinc yanaşı yaşayır. Xristian icması cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir, onların abidələri və ibadət yerləri, kilsələr dövlət tərəfindən mühafizə olunur. İşğaldan azad edilən ərazilərimizdə də xristian dini mirası və abidələri yüksək səviyyədə qorunacaq, bərpa edilərək istifadəyə veriləcək.