Noyabrın 2-dən etibarən Gəncənin də orta məktəblərində dərslərin tədrisi distant formada keçiriləcək. Tədrisin təşkili və nəzarət mexanizmi Təhsil İdarəsi tərəfindən aparılacaq.
Distant təhsilə yanaşma düzgün qiymətləndirilməli, səmərəli formada təşkil olunmalıdır. Bunun üçün müəllimlər işə ciddi yanaşmalı, məktəb rəhbərləri də nəzarətdən kənar buraxmamalıdır.
Anar Qədiməliyev Təhsil İdarəsinin müdiri: Bu gün virtual.edu.azda bu kimi xidmətlərdən istifadə etmək üçün internet aktivdir. Sadəcə telefonlarımızda vipenləri diaktiv edirik çünki o telefonda internet sürətini zəiflədir. Belə olduğu halda təhsil alanlarımız rahat formada istifadə edə biləcəklər.
Uzun boşluqdan sonra başlanğıc da şübhəsiz ki, müəyyən problemləri yarada bilər. Ancaq zaman keçdikcə həlli yolları da mümkün olacaq.
Anar Qədiməliyev Təhsil İdarəsinin müdiri: Hər bir valideyn burada özü məsuliyyətli olmalıdır. Bu prosesə ciddi yanaşmalıdır ki, uşaqlar virtual.ed.az səhifəsindən televiziya dərslərinə baxsınlar, testlərə baxsınlar ki, bu onların qiymətləndirilməsi üçün vacibdir. Beləcə uzun müddət olan boşluğu doldura biləcəyik.
Əgər hansısa müəllimin komputer imkanları yoxdursa həmin pedaqoq sanitar qaydalara əməl olunmaqla məktəbdən onlayn qaydada dərslərini keçə bilər.
Anar Qədiməliyev Təhsil İdarəsinin müdiri: Gəncə şəhər təhsil idarəsi olaraq bütün məktəblərə təhkim olunacaq əməkdaşlarımız olacaqdır. Həmin prosesin necə təşkil olunacağını izləyəcəklər. Manitorinqi də olacaq ki, distant təhsilin necə təşkil olunacağını izləyə bilək.
Sentyabırın 15-dən dərs cədvəlləri pandemiyya qaydalarına uyğun tərtib edilib. Məhz elə bu baxımdan distant dərslərin tədrisində problem yaşanmayacaq.
Elnur Vahidoğlu
- Baxış: 176