KepezTV Player
Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yeni Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun tikintisi zamanı ağırtonnajlı yük maşını həmin yolda çalışan işçini ehtiyatsızlıqdan vurub. Həmin şəxs hadisə yerindəcə dünyasını dəyişib. Meyit müayinə olunması üçün Məhtkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə aparılıb. Həlilik sürücünün və ölən şəxsin kimliyi məlum deyil. Hadisə ilə bağlı Şəmkir rayon Prokuroluğunda araşdırma aparılır.
- Baxış: 609