• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 933
— 25.12.2018 10:06

13 yaşlı məktəbli ağıllı günəş batareyaları yaradıb

Kaliforniyadan olan 13 yaşlı məktəbli Corciya Haçinson (Georgia Hutchinson) günəşə tərəf avtomatik çevrilən günəş batareyalarının konseptini hazırladığı üçün STEM Broadcom Masters adlı müsabiqənin baş mükafatını əldə edib. Günəş batareyaları günəş enerjisinin elektrik enerjisinə çevrilməsi üçün əvvəllər də avtomatik şəkildə ultrabənövşəyi şüaların mənbələrini axtara bilirdilər. Lakin bu halda onların çalışması üçün bahalı ötürücülərdən istifadə edilirdi. Bu isə öz növbəsində günəş panellərinin qiymətlərini qaldırırdı. 13 yaşlı məktəbli tərəfindən yaradılmış sistem sayəsində isə günəş panelləri lazımi işıq mənbəyini okean və atmosfer tədqiqatları üzrə milli idarəetmə agentliyinin open-source məlumatları əsasında tapır. Bu məlumatlardan istifadə edərək sistemin neyron şəbəkəsi real zaman ərzində günəşin vəziyyətini təyin edir və günəş panelləri üçün ən optimal əyilmə bucağını seçir. Nəticədə Corciya Haçinson sözügedən müsabiqədə 25.000$ qazanıb.