KepezTV Player
Gəncə şəhərində iki nəfərin xəsarət alması faktı qeydə alınıb. Hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. Şəhər sakinləri 19 yaşlı Hafiz Vəliyev və 33 yaşlı Emin Cəfərov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Hər iki yaralıya tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
Məharət Kərimov həkim: – “Şöbəyə 103 nömrəli Təcili Tibbi Yardım Stansiyasının müşayəti ilə iki nəfər xəstə gətirilmişdir. Xəstələr insident nəticəsində xəsarət almışdı. Xəstələrə lazım olan travmatoloji tədbirlər aparıldı. Yaralar birincilik işlənildi və ambulator müalicə təyin olundu”.
Elnur Vahidoğlu
- Baxış: 1829