Range Rover Sportun hibrid versiyası Çinin Tyanman dağında yerləşən “Səma darvazası” adlı keçidə qalxmağa nail olub. Maşın 45 dərəcə maililikdə olan 999 pilləkəni qalxıb. Sükan arxasında 2017-ci ildə “24 saat Le-Man” yarışının qalibi çinli Ho Pin Tun əyləşib. Pilləkənə qədər avtomobil 99 dönmədən ibarət dolayı yoldan keçməli olub. Range Rover Sport offroudunun hibrid versiyası ötən ilin oktyabrından peyda olub. Modifikasiya 300 at güclü turbomotor, 116 at güclü elektrikli mühərrik, 8 diapazonlu ASQ, həmçinin 13,1 kilovatt-saat həcmli litium-ion akkumlyatorla işləyir. Ümumi güc 404-ə bərabərdir.
- Baxış: 473