• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1285
— 27.01.2018 12:14

Gəncədə bağçılığın aktual problemləri müzakirə olunub

Fermer və torpaq mülkiyyətlçiləri bu dəfə alimlərlə bağçılığın aktual problemlərini müzakirə edib. Xəstəlik və ziyanvericilərə qarşı mübarizəyə elmi əsaslandırılmış yanaşmanın önəminə toxunulub.

Arif Abbasov aqronom: “Bütün dünyada olduğu kimi Azərbaycanda da çox intensiv mübarizə aparılmasına baxmayaraq, xəstəlik və zərərvericilər öz inkişafını saxlamır. Xüsusilə də zərərvericilərə qarşı mübarizə çox çətinləşib. Məsələn, bir xəstəliyə qarşı dərman vururuq, gözləyirik ki, 15-20 gün bu xəstəlik olmayacaq, amma 3 gün sonra bu, yenidən baş qaldırır”.

Meyvə bitkilərinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə üsulları, aqrotexniki tədbirlərin təqvimi, istehsal olunan məhsulun satışının təşkili kimi məsələlər Azərbaycab Dövlət Aqrar Universitetində təşkil edilən seminarın əsas müzakirə mövzularından olub. Goranboy, Göygöl, Samux, Şəmkir, Tərtər, Bərdə, Ağdam, Zaqataladan gələn fermerlər və sahibkarlar mövcud problemlərin həlli istiqamətində mütəxəsislərin məsləhət və təkliflərini dinləyiblər.

Bayram Əliyev fermer:“Biz burada müəyyən xəstəliklərin qarşısının alınması üçün, zəzərvericiləri məhv etmək üçün müasir tipli preparatlardan istifadə məsələsini qaldırdıq. ADAU-nun müəllim kollektivi də bizə düzgün istiqamət verdi”.

Ölkədə kənd təsərrüfatı məhsullarına artan tələbatı ödəmək üçün bu sahədə elmə əsaslanmış sistem yaradılmalı və mütəxəssis məsləhətindən istifadə edilməlidir.

İbrahim Cəfərov ADAU-nun rektoru:“Problemlər nədən ibarətdir? Bəzi torpaq sahiblərinin elementar aqronomluq qayda-qanunlarını bilməməyi, xəstəlik və zərərvericilərə qarşı vaxtında və düzgün, sistemli mübarizə aparmamaq, növbəli əkin dövriyyəsinə əməl etməmək, bəzilərinin dediyi kimi yüksək səviyyəli mütəxəsislərin çatışmazlığı və sair kimi məsələlər fermerlər tərəfindən qaldırıldı. Bu problemlərin həlli istiqamətində də biz müəyyən tədbirlər həyata keçirəcəyik”.

2017-ci ildə Azərbaycanda 200 min hektara yaxın sahədə meyvə və giləmeyvə yetişdirilib, 1 milyon tona yaxın məhsul əldə olunub.