Hiperkarlar istehsal edən Koenigsegg şirkəti və fotoaparatlar hazırlayan İsveçin Hasselblad firması Agera RS modelinin rekord gedişi ilə bağlı seriyalı fotolar təqdim edib. Above and Beyond adlı layihə çərçivəsində maşının eyni ən güclü tərəfləri göstərilməlidir. Şəkillər 100 meqapiksellik orta formatlı Hasselblad H6D kamerası ilə qeydə alınıb. Hiperkarı avtomobilləri çəkməkdə püxtələşmiş fotoqraf Toşi Oku çəkib. Noyabrın əvvəlində Koenigsegg Agera RS Nevada ştatında 457 km/saat sürət yığmağa nail olmuşdu. Avtomobil iki gediş həyata keçirib, nəticədə ortalama göstərici kimi 447 km/saat götürülüb. Bu da seriyalı maşınlar arasında dünya rekordudur. Hiperkar 1360 at güclü motora sahibdir.
Cavanşir Məmmədzadə
- Baxış: 661