Yüksək və keyfiyyətli məhsul əldə etmək üçün əkilən toxumun əvvəlcədən yoxlanılması vacibdir. Göygöldə laborator şəraitdə cari ildə 9 min ton taxıldan 300-dən çox nümunə götürülərək analiz edilib. Yoxlanılan toxumun isə təxminən 5 faizi yararsız olub.
Bitki toxumlarından götürülən nümunələr laboratoriyada mütəxəsislər tərəfindən yoxlanılır, standartlara uyğunluğu müəyyən olunur və yalnız bundan sonra səpin keyfiyyəti təyin edilir. Göygöl Regional Toxum Sertifikatlaşdırılması laboratoriyasında ğörülən işlər əkinçiliklə məşğul olan fermer və torpaq mülkiyyətçilərinin daha yüksək və xəstəliklərə davamlı toxumlardan istifadəsinə.
Eldar Həbibov - laboratoriyanın baş aqronomu: “Biz ilk növbədə toxumların təmizliyinə fikir verib sonra onu cücərmə otağına qoyuruq. Üç günündə toxumun enerjisi təyin olunur və yeddinci günün də toxumun tam cücərmə qabiliyyəti təyin olunur”.
Laboratoriyada toxumlar yoxlanıldıqdan sonra əmin toxumların əkinə yararlığı təyin olunur. Toxumlar xüsusi ağzı bağlı torbalara yığılır. Toxum sahiblərinə sertifkatlar verilir. Sertifkatda isə toxumun təmizliyi, cücərməsi, cücərmə enerjisi, ziyanvericilərə, xəstəliyə dözümlüyü yazılır. Toxumun keyfiyyətinin yoxlanılması laboratoriyada 5 mərhələdə analizdən keçirilir.
Nəriman Ələkbərov - Göygöl Regional Toxum Sertifikatlaşdırılması Laboratoriyasının müdiri: “Hər 30 tondan 2 kq toxum götürürük. Onun da 1 kq yoxlanıldıqdan sonra o toxum sahibinə verilir. Yerdə qalan 1 kq da qalır laboratoriyada saxlanılır. Əgər mübahisə yaranarsa laboratoriyada saxladığımız toxumu Bakıya göndərərək yoxlanılır”.
Əkinçiliklə məşğul olan fermerlərə subsidiyalar verilərkən, sertifikatlı toxumlardan istidafə edənlərə üstünlük verilir.
Elnur Vahidoğlu
- Baxış: 1071