Təcrübədən sonra bu il ilk dəfə olaraq rayonda kütləvi şəkildə əkilən məhsul quraqlıq olsa da vaxtında edilən aqrotexniki qulluq nəticəsində yüksək məhsuldar olub. Bəs məhsulun sahədən yığılmasında eləcə də satılmasında problem yaşanırmı?
Şəkər çuğundurunun ilk yığımı Göygöl Kənt Təsərrüfatı İstehsalat Müəsisəsində əkilən 87 ha sahədə başlanılıb. 2 gün ərzində 12 hektardan 500 ton məhsul əldə edilib. Hər hektardan 40 ton yığılan çuğundurun şəkərliliyi 17-18 faizdi. ((
Rasim Şəfiyev - Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin direktoru: “İstədiyimiz kimi bu il suvara bilmədik. Amma ona baxmayaraq məhsul var. Su problemi burada həll olunsa ümumiyyətlə bu qərb zonasında şəkər çuğunduru xeyli əkmək olar. Bu da ərzaq təhlükəsizliyi proqramına uyğun olaraq həyata keçirilir”.
Şəkər çuğundurunun yığımına 80-ə yaxın işçi cəlb edilib. Onların məvacibi müəsisə tərəfindən günə müzdla ödənilir.
Rasim Şəfiyev - Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin direktoru: “Bu əhali üçün də çox faydalıdır. İşsizlik burada minimum səviyyəyə enib. Şəkər çuğundurunun alağı olunan zamanı işçi tapmaq mümkün deyil. Əvvəllər fəhlələr gündəlik ucuz qiymətə gedirdilərsə indi iki dəfə bahalanıb. Bu da əhalinin güzaranının yaxşılaşması deməkdi. Biz nə qədər çox əksək əhali gəlib burada işləyib, məvacib alacaq”.
Göygöldə şəkər çuğundurunu əkmək üçün 80 fermerlə müqavilə bağlanılıb. Müqavilənin şərtlərinə görə, həmin fermerlər texnika, dərmanla eləcə də toxumla təmin olunub.
Məmməd Məmmədov - İmişli şəkər zavodunun bölgə üzrə aparıcı aqranomu: “Şirkət tərəfindən ayrılan texnikalardı. Onlar hamısı burada öz işlərini görür. Burada yığılır gedir ora, biz də görülən işlər haqqında məlumat veririk. Şirkətdə həmin pulu ayrılan 961 manatdan ödəyir”.
Hazırda Göygöl rayonunda 20-ə yaxın texnika şəkər çuğundurunun yığımı üçün saz vəziyyətdədir. Rayonda şəkər çuğundurunun kütləvi yığımı zamanı isə texnikaların sayı artılacaq.
Şahsuvar Sarıyev - sürücü: “Şəkər zavodunnan gəlib, günə bir maşın yığıb aparırıq təhvil veririk. İşçi qüvvəsidə çoxdu. Burada təmizlənir. Avtomobillərlə gətirib boşaldırlar bizdə aparıb şəkər zavoduna təhvil veririk”.
Rəşad Həsənov - sürücü: “Texnika ilə təminatımız çox yaxşıdı. Vaxtlı-vaxtında verirlər. Aparıb təhvil verib gəlirik”.
Bu il rayonda 550 ha sahədə şəkər çuğunduru əkib.
Elnur Vahidoğlu
- Baxış: 1436