Bu dünya üzrə olan göstəricidən aşağı olsa da tendensiya var. Onkoloji xəstələrin sayı qərb bölgəsində də ötən illə müqayisədə 10 faizə qədər çoxalıb.
İnsanların tibbi müayinələrə maraq göstərməməsi digər xəstəliklər kimi onkoloji xəstəliyin artması və orqanizmdə ağırlaşması ilə nəticələnir. Bu üzdən həkimlər ildə bir dəfə profilaktik baxışdan keçməyi məsləhət bilir ki, onkoloji göstərişlər orqanizmdə vaxtında aşkar edilsin. Gəncə şəhər Onkoloji Xəstəxanasına son dövrlər müraciət edənlərin əksəriyyəti 40-60 yaş arası olan insanlardır. Bunlar da xəstəliyin ağır mərhələsini yaşayanlardır.
Cavanşir Nəsibov- xəstə: “Bir aydır burdayam. Şüaya düşürəm. Vəziyyətimdə get-geda yaxşılaşır. Mənim problem ağ ciyərimdədir. Onkoloji xəstəxanada da müalicəmi götürürəm”.
Mobil İbrahimov- xəstə: “Başqa yerdə müalicə olmuşdum, bura gəldim şüa verirlər. Ağrı var idi, o da yavaş-yavaş çəkilir. Sağ olsunlar həkimlər”.
Onkoloji xəstəliklər əsasən 4 mərhələdə olur. Həkimlərin sözlərinə görə birinci, ikinci mərhələ yüngül hesab edilir. Ona görə də vaxtlı-vaxtında müayinə bu mərhələlərin asan müalicəsinə imkan verir.
Namiq Piriyev- Gəncə şəhər Onkoloji xəstəxananın baş həkimi: “İlk öncə bütün xəstələr, sağlam insanlar müayinə olunaraq, erkən xəstəlik aşkar olduğu halda ixtisaslaşmış xəstəxanaya göndərməklə erkən xəstəlik həm də xəstəliyin müalicəsini asanlaşdırır. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də bu xəstəliyin artması var. Birinci insanların yaşama həddi uzanıb, Respublikada müasir müayinələr metodları aşkarlanır hansı ki, erkən xəstəlik artır”.
Xəstəliyin vaxtında aşkar edilməsi və müalicənin uğurlu həyata keçirilməsi üçün qərb bölgəsində yalnız Gəncədə Şüa Terapiya şöbəsi fəaliyyət göstərir. Müasir avadanlıqlarla təmin edilən şöbədə ilin əvvəlindən indiyə kimi 99 nəfər şüa müalicəsi alıb ki, bunun da 50-i ilk dəfə müraciət edənlərdir.
Elnur Vahidoğlu
- Baxış: 627