İlham Əliyev: Bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir
					  				Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirib. “Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır”,- deyən dövlət başçısı əlavə edib ki, əlbəttə, bu sahədə Azərbaycan alimlərinin fəal iştirakı gözlənilir. İlham Əliyev həmçinin qeyd edib ki, indi dünyada kiberhücumlar geniş vüsət alıb. Bu il Azərbaycan da bu hücumlara məruz qalıb. “Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək, müdafiə edə bilək”- deyə o, əlavə edib.
- Baxış: 58
 
