Ümumtəhsil müəssisələrində artıq yeni tədris dövrünün başlamasına 1 aydan da az vaxt qalıb. Məktəbli formaları ilə yanaşı, valideynləri elə şagirdlər qədər düşündürən digər vacib məsələ, əlavə dərs vəsaitləridir. Məktəblilərin böyük əksəriyyəti Elm və Təhsil Nazirliyi tərəfindən tərtib olunan vəsaitlərlə yanaşı, demək olar ki, hər fənn üçün əlavə dərs vəsaiti alaraq istifadə edirlər. Valideynlərin sözlərinə görə fənnlər üzrə əlavə dərs vəsaitləri hər il yeniləndiyindən və ötən ilki nəşrləri davamlı istifadə edə bilmədiklərindən yenilərini almaq məcburiyyətində qalırlar. Və bu, onlara maddi cəhətdən sərf etmir.
Səbinə Mustafayeva - valideyn : Əslində mənim özüm də müəlliməyəm.Belədir də məktəbdə verilən məlumatlarla DİM-nin keçirdiyi imtahandakı məlumatlar üst-üstə düşmür.Əslində oxşardı, amma biraz orda daha geniş məlumat var.Abituriyentlər də daha geniş hazırlaşırlar imtahana ki imtahan müsabiqəsini udsunlar. O baxımdan test almaq vacibdir.
Valideyn : Məcbur heçnə aldırılmır. Yəni mən öz istəyimlə aldım.Uşaqların inkişafı üçün . Yəni müəllimlər bunu məcbur aldırmır, yəni deyirlər ki kim istəyir ala bilər.Bir də görürsüz müəllimə alıb uşaqlara da kopyalayıb verir ki belə de işləyə bilərsiz.
Valideyn :Məktəbdən əlavə dərsliklər alırsan həm valideynə güc düşür, həm uşağın beyninə,zehninə güc düşür. Uşaq bilmir hansını oxusun.MƏktəbdən verilənə mi baxsın, yoxsa test toplusu mu həll etsin?
Bəzi müəllimlər şagirdləri əlavə vəsaiti almağa məcbur etməsələr də, bu vəsaitlərin məktəbdən verilən dərsliklərdən daha sadə və asan anlaşılan olduğunu bildirirlər.
Şahnaz Namazova - müəllimə :Ümumiyyətlə DİM –tələbatı ilə şagirdlərin universitetə qəbul olması üçün orta məktəb kitablarının verdikləri arasında bir ziddiyət var.Tələb etdikləri testləri , misalları həll eliyə bilmək üçün orta məktəb kitablarında yetərincə test vəsaiti yoxdur, misallar yoxdur yetərincə. Orta məktəb Kitablarında bu dərslərin izahı qənaətbəxş deyil, daha mürəkkəb dildə yazılıb,daha çətin dildə yazılıb.
Gəncə Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə müvafiq nazirlik tərəfindən tərtib olunan dərsliklərdən başqa əlavə dərs vəsaiti almağa ehtiyac yoxdur. Çünki tədris ilində keçirilən bütün mövzular Elm və Təhsil Nazirliyinin tərtib etdiyi kitablarda mövcuddur.
Elşən Məmmədov - Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin məsləhətçisi : Yeni tədris ilinin başlanılmasına sayılı günlər qalıb. Bununla bağlı dərsliklər, yeni nəşr hüququ verilmiş əlavə dərsliklərimiz məktəblərə çattırılmaq ərəfəsindədir.Ümumiyyətlə dərsliklərdə bütün proqramlar əhatə olunur.Yəni tam olaraq nəzərdə tutulmuş proqramlar məktəblərə verilən dərsliklərdə verilib.
Təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə bu kimi əlavə dərs vəsaitlərindən istifadə düzgün deyil. Ekspert onu da bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün metodiki vəsaitlər çap olunur. Həmin medotiki vəsaitlərdə uşaqların işləməsi üçün kifayət qədər tapşırıqlar mövcuddur.
Kamran Əsədov - Təhsil eksperti : Biz bugün bilirik ki məktəblərdə tədrisi təşkil edən müəllimlər şagirdlərdə daha yaxşı bilik və bacarıqlar formalaşdırmaqdan ötrü onlara iş dəftərləri, əlvə vəsaitlər aldırırlar.Birmənalı şəkildə məktəblərdə əlavə vəsaitlərdən, iş dəftərlərindən köməkçi vəsaitlərdən istifadə etmək olmaz. Düzdü DİM –nin dövlətin kurikulum standartlarına uyğun siniflər üzrə testləri var, test bankları var və bunlardan istifadə etmək olar. Ona görə də birmənalı şəkildə əlavə köməkçi vasitələrə yol vermək olmaz. Bunlar şagirdlərdə kifayət qədər əlavə yüklənməyə gətirib çıxarır. Çantanın çəkisi süni şəkildə artıq, valideynlər böyük məbləğdə vəsait itirirlər.
Tədris ilində köməkçi vəsaitlərdən istifadə sərbəstdir.Müəllim tədris etdiyi fənni dərsliklər üzərində qurulmuş proqram əsasında tədris edir.Əlavə vəsaitlərin aldırılması bəzən narazılığa səbəb olur, kimin imkanı varsa alır, kimin imkanı yoxdursa ala bilmir. Əlavə dərs vəsaitlərinin qiymətlərinə gəlincə isə, bu il bazarda yenə bahalaşma müşahidə olunur.
- Baxış: 454