• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1820
— 09.08.2024 17:58

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

KepezTV Player

Seçim hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna, o cümlədən altqrupuna aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. Abituriyent seçim edərkən, bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Kodları, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

Mütəxəssislərin tövsiyəsinə görə, hər bir abituriyent üstünlük verdiyi universiteti, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. İxtisas seçimindən öncə son 3-4 ilin keçid ballarına diqqət edilsə məsləhətdir. Həmçinin ixtisasın gələcəkdə tələbatlı olmasını da nəzərdə saxlamaq lazımdır.

Abituriyentlər özləri fərdi qaydada internet vasitəsilə seçim həyata keçirə bilərlər. Əgər mütəxəssislərdən yardım almaq istəsələr, ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzlərinə yaxınlaşa bilərlər.

Gəncədəki Abituriyent Məsləhət Mərkəzi Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq və Zoo-mühəndislik tədris binasında yerləşir. Mərkəz həftəiçi 5 gün saat 10-dan 17-dək fəaliyyət göstərir.