• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 866
— 06.08.2024 19:10

Üzgüçülük yarışı keçirilib

KepezTV Player

Gəncə Olimpiya İdman Kompleksində üzgüçülük üzrə yarış keçirilib. Birincilik Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunub. Yarış uşaq və yeniyetmə oğlan və qızlar arasında təşkil edilib. İştirakçılar batterflay, kroll, arxası üstə və brass növləri üzrə müxtəlif məsafələrə üzüblər. Turnirdə Gəncə, Şəmkir, Goranboy və Mingəçevir komandalarının idmançıları çıxış edib. Ümumilikdə 75 üzgüçü hovuzda bacarığını göstərib.