• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 704
— 02.08.2024 18:18

Magistratura ixtisası üzrə boş qalan plan yerlərinə qəbul elan edilib

KepezTV Player

Ali təhsil müəssisələrində boş qalan plan yerlərinə qəbul 11 fevral və 28 aprel tarixlərində keçirilən qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Rəşad Məmmədov- bakalavr: “İxtisas seçimində öz səhvimə görə birinci turdan  keçə bilmədim. Ayın 1-dən başlayan ikinci ixtisas seçimində  DİM-in təşkil etdiyi ixtisas seçimi ilə bağlı məsləhət mərkəzlərindən birinə yaxınlaşacam ki, inşallah, bu turdan rahat keçim”.

Hüseyn Həsənov- bakalavr: “Hal-hazırda ixtisas seçimi mərhələsindəyəm. Balım bir az az olduğundan gəlmişəm ixtisas seçimini müəllimlərimlə birlikdə edəm. 47 bal yığmışam. İxtisasıma  uyğun yerlərdən oxuduğum ADAU-nu yazmışam, BDU-nu yazmışam. Ümid edirəm ki, düşərəm”.

Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə, imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirlər.

Nəsimi Məmmədov-  DİM-in Gəncə regional bölməsinin müdiri: “Müsabiqə şərtini ödəyən bakalavrlar boş qalan plan yerlərinə ixtisas seçimində iştirak edə bilərlər. Boş qalan plan yerlərinin əsası 1-ci mərhələ üzrə artıq SİM tərəfindən magistraturaya ixtisaslaşması həyata keçirilmişdir. Belə ki, ixtisaslaşma seçimində müsabiqə şərtini ödəyən bakalavrlar verilən müddət  ərzində təhsil müəssisəsinin portalı üzərindən qəbul olduqları təhsil müəssisəsindən qeydiyyatdan keçməlidirlər”.

Tələbələrin bəzən yüksək bal toplamalarına baxmayaraq səhv ixtisas seçimi, gənclərin istədikləri istiqamətdə təhsil almalarına mane olur. Bəzənsə, heç ümumiyyətlə təhsil ala bilmirlər. Ona görə də bakalavrlar ixtisas seçimində diqqətli olmalıdırlar.

Nəsimi Məmmədov- DİM-in Gəncə regional bölməsinin müdiri: “Bakalavrların və istərsə də abituriyentlərin nəzərinə çatdırırıq ki, qəbul olduqları və ixtisas seçdikləri müddətdə diqqətli olmalıdırlar. Onlar yaşadıqları yerdə təhsil aldıqları müəssisəni seçərkən diqqətli olmalıdırlar. Onlar qəbul olduqdan sonra həmin təhsil müəssisəsindən imtina etmək, həmin qəbul nəticəsini, yəni 1-ci mərhələdə qəbul olub imtina edən, qeydiyyatdan keçməyən bakalavrlara təbii ki, 2-ci mərhələdə boş qalan plan yerlərinin ixtisas seçimində iştirak etmək hüququ verilməyəcək”.

Seçilən bütün ixtisaslaşmalar seçim cədvəlinə əsasən bakalavrın bitirdiyi ixtisasa görə seçmək hüququ olan bir və ya daha çox sayda qəbul proqramına aid ola bilər.