• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 711
— 01.08.2024 19:21

Birinci Qarabağ müharibəsi şəhidi dəfn olunub

KepezTV Player

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən Daşkəsən şəhidi Surxay Məmmədov bu gün Gəncədə dəfn edilib. Mərasimdə Daşkəsən Rayon ictimaiyyəti, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və əlilləri iştirak edib. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhid Məmmədov Surxay Rza oğlu 7 dekabr 1974-cü ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 8 fevral 1993-cü ildə Ağdamda gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən müqəddəs şəhidlik zirvəsinə ucalıb. İtkin düşmüş hesab olunan Surxay Məmmədovun nəşinin qalıqları İsmayıllı Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhid qəbirlərindən aşkar edilib.

Vüqar Məmmədov- şəhidin qardaşı: "Qardaşım şəhid Məmmədov Surxan uzun müddətdir ki, itkin düşmüşdü. Çox axtarıldı, tapılmadı. Bu gün tapıldı, özümüzə təhvil verildi. Ali baş komandan İlham Əliyevə təşəkkürümüzü bildiririk. 1993-cü ilin fevral ayında itkin düşdü- Ağdərə istiqamətində, Mehmanə kəndində".