• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 714
— 31.07.2024 18:34

Avtoxuliqanlıq edən sürücülər saxlanılıblar

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə avtoxuliqanlıq edən sürücülər saxlanılıblar. Şəhər sakinləri Cahad Əlizadə, Fərid Quliyev, Zaur Cabbarzadə və Elvin Qasımovun müxtəlif vaxtlarda şəhərin bəzi küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etdikləri məlum olub. “Mercedes”, “BMW” və “VAZ 21074” markalı avtomobillərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Zaur Cabbarzadə və Elvin Qasımov 15 sutka inzibati qaydada həbs edilib, digər sürücülər barəsində isə digər tənbeh tədbirləri seçilib.