• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 970
— 23.07.2024 18:28

Əlbəyaxa dava olub, araşdırma aparılır

KepezTV Player

Xalq artisti Ağadadaş Ağayevlə Bakı sakini N.Cəlilov arasında əlbəyaxa dava olub. Daxili İşlər Nazirliyindən bildirilib ki, N.Cəlilov ərizə ilə polisə müraciət edərək dünən saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Paşayeva soyadlı qadının ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib. Fakta görə cinayət işi başlanılıb. Münaqişə tərəfləri cinayət məsuliyyətinə cəlb edilib. İstintaq hərəkətləri davam etdirilir.

Vüsalə Cənnətova