• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1565
— 18.07.2024 19:29

Mətbuat nümayəndələri ilə görüş keçirilib

KepezTV Player

Naftalanda Milli Mətbuatın yaranmasının 149 illiyi münasibətilə bir qrup media nümayəndələri ilə görüş keçirilib. İcra başçısı Vüqar Novruzov Azərbaycan Mili Mətbuatının zəngin və mənalı inkişaf yoluna nəzər salıb. Şəhər İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini vurğulayıb. Mətbuatın inkişaf etdirilməsinin daim dövlətin diqqət mərkəzində olduğu önə çəkilib. Mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Mətbuat nümayəndələri ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi üçün bütün zəruri imkanların yaradılmasından söz açıblar. Azərbaycan mətbuatının yüksək dövlət qayğısı ilə əhatə olunması istiqamətində ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib. Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə mətbuat nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.

Vüsalə Cənnətova