• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 982
— 15.07.2024 19:08

Nazirliyin yaranmasının 30 illiyi münasibətilə yarış

KepezTV Player

Göygöldə MMA üzrə elit kombat liqasının 4-cü turu təşkil edilib. Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunan yarış yerli Olimpiya İdman Kompleksində reallaşıb. 60 idmançının iştirak etdiyi liqada 30 çəkidə eyni sayda döyüş keçirilib. Yarı-peşəkar formatda baş tutan görüşlərdə Şəmkir, Ağcabədi, Ağdam, Gəncə və Göygöl idmançıları qalib adı uğrunda mübarizə aparıblar. Yarışda uşaq, yeniyetmə və gənclər rinqdə bacarıqlarını ortaya qoyublar. Döyüşlər yekunlaşdıqdan dərhal sonra qalib və mükafatçılar təltif ediliblər.

Orxan Cəfərzadə